Haaqa Məhkəməsi sabah Rusiya ilə bağlı qərar verəcək

Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlı Beynəlxalq Haaqa Məhkəməsi martın 16-da Ukraynanın bu ölkəyə qarşı iddiası ilə bağlı qərar verəcək.

“RİA Novosti” xəbər verir ki, bu barədə məhkəmənin açıqlamasında deyilir.

“16 mart 2022-ci ildə BMT-nin əsas məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi Ukraynanın Soyqırımın Qarşısının Alınması və Cəzalandırılması Konvensiyasına uyğun olaraq soyqırım iddiaları ilə bağlı iş üzrə müvəqqəti tədbirlər görülməsi tələbi ilə bağlı qərar verəcək”, – deyə məhkəmənin açıqlamasında vurğulanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Çavuşoğlu və Lavrov Ukraynanı müzakirə edib

Sonrakı məqalə

“Vremya”nın canlı efirində müharibə əleyhinə plakat qaldıran jurnalist kimdir?