“Vremya”nın canlı efirində müharibə əleyhinə plakat qaldıran jurnalist kimdir?

Bu gün Rusiyanın “Birinci” kanalının məşhur “Vremya” proqramının canlı efirinə girib Ukraynadakı müharibəyə etiraz plakatı qaldıran Marina Ovsyannikovanın addımı geniş rezonans doğurub.

Bəs Marina Ovsyannikova kimdir?

Azpost.info bildirir ki, Marina Ovsyannikova “Birinci” kanalın redaktoru vəzifəsində çalışır.

Özünün səhifəsində Marina yazıb ki, 2001-2005-ci illərdə Rusiya xalq təsərrüfatı akademiyasında oxuyub və dövlət qulluğunda çalışıb.  O, həmçinin Kuban dövlət universitetinin məzunudur.

Moskvada yaşayır.

“Exo Moskvı” radiosunun sabiq baş redaktoru Aleksey Venediktov özünün teleqram kanalında yazıb ki, Marina Ovsyannikova 3 uşaq anasıdır.  O, Birinci kanalın informasiya proqramları redaksiyasında işləyir.

Marina canlı efirə müdaxilə etməzdən əvvəl müharibəyə etiraz edən çıxışını yazıb. Orada Marina müharibəni dayandırmağa çağırır və prezident Putini ittiham edir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Haaqa Məhkəməsi sabah Rusiya ilə bağlı qərar verəcək

Sonrakı məqalə

Rusiya taxıl və şəkər ixracına qadağa qoydu –