Hacıbala Abutalıbov Koronavirus Fonduna 37 min manat köçürüb

Bakı şəhər icra hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov Koronavirusla Mübarizəyə Dəstək Fonduna 37 min 200 manat ianə verib.

Azpost.info bildirir ki, Prezidentin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılan Fondun məqsədi Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.

Bu günə qədər Fonda 111 milyon 335 min 871 manat, 153 min 732 dollar və 37 min 478 avro yığılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Faiq Həsənov “Şərəf” ordeni ilə təltif olundu

Sonrakı məqalə

İndiyədək 8103-ə göndərilən SMS-lərin sayı açıqlandı