Hacıbala Abutalıbovun atasının Quba qəbristanlığında məzarı –FOTO

Bakı şəhər İcra Hakimiyətinin sabiq başçısı və Baş nazirin müavini Hacıbala Abutalıbovun atasının məzarı Quba şəhər qəbristanlığındadır.
Azpost.info bildirir ki, bu barədə tanınmış jurnalist Etibar Cəbrayıloğlu paylaşım edib.
“Quba şəhər qəbiristanlığındakı bu məzar İbrahim Abutalıbovundur. İlk təqdimatda bu ad bəlkə də heç nə demir. İbrahim Abutalıbov çox yaxın keçmişimizdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Baş nazirin müavini kimi mühüm vəzifələr tutan, professor Hacıbala Abutalıbovun atasıdır. Naxçıvanın Ordubad rayonundan olduğu bilinən Abutalıbovlar Qubaya necə gəlib çıxıblar, Hacıbala müəllimin atası niyə məhz Qubada dəfn edilib?”-deyə jurnalist yazıb.
Yüksək ranqlı sabiq məmurun rəsmi tərcümeyi-halında Qubanın adı heç vaxt keçməyib.
E.Cəbrayıloğlunun sözlərinə görə, Qubanın bəzi yaşlı sakinləri xatırlayır ki, İbrahim Abutalıbovun ailəsi bir müddət bu rayonda yaşayıb, İbrahim kişi əsasən dağ yəhudilərinin məskunlaşdığı Qırmızı Qəsəbədə müəllim kimi çalışıb və 1955-ci ildə burada da vəfat edib.
“İbrahim müəllimin dünyasını dəyişdiyi Qubada, şəhər qəbiristanlığında dəfn edilməsi də yəqin ki, Abutalıbovlar ailəsinin qərarı olub. Sakinlərin dediyinə görə, İbrahim müəllimin dəfn edildiyi ərazidə təxminən 5-6 il öncə təmir-bərpa işləri aparılıb, mərhum üçün təzə başdaşı və sinədaşı qoyulub, bu yer çəpərlənib. Amma Hacıbala müəllimin sonuncu dəfə buranı nə zaman ziyarət etdiyini kimsə dəqiq xatırlamadı.
Allah İbrahim müəllimə rəhmət eləsin!”.
Qeyd edək ki, Hacıbala Abutalıbov 1944-cü il mayın 13-də Türkmənistanın Krasnovodsk şəhərində anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişdir.
Əslən Naxçıvan Muxtar Respublikası Ordubad rayonundandır.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.