Hacıqabulda 17 yaşlı yeniyetməni bıçaqlayan 16 yaşlı oğlan saxlanılıb.
Hacıqabul sakini, 2003-cü il təvəllüdlü Ataşov Cavad Mehdi oğlu həmyerlisi 2004-cü il təvəllüdlü Şükürlü Abuzər Namizəd oğlu tərəfindən bıçaqlanıb.
3 bıçaq zərbəsi alan yaralı ağır vəziyyətdə Hacıqabul rayon xəstəxanasının cərrahiyə şöbəsinə daxil olub və əməliyyata götürülüb.
Hadisəni törədən yeniyetmə saxlanılıb. Hadisəyə yeniyetmələrin sosial şəbəkə üzərindən kriminal jarqonda yazışmaları səbəb olub.
Faktla bağlı Hacıqabul polis şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.