Neft Fondunun investisiya portfeinin 69 faizini dollar təşkil edir

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 1 aprel 2024-cü il tarixinə investisiya portfelinin 69.5%-ni ABŞ dolları təşkil edib.

Azpost.info bildirir ki, bu barədə Neft Fondunun 2024-cü ilin 1-rübü üzrə açıqladığı hesabatda deyilir.

ARDNF-in investisiya portfelinin  19,4%-ni avro,  4,9%-ni funt-sterlinq,  1,1%-ni Çin yuanı, 1,5%-ni yapon yeni,  3.6%-ni isə digər valyutalar təşkil edib.

Hesabatda qeyd olunur ki, Fondun ABŞ dolları portfelinin 7 499 mln. dollarlıq hissəsini (13.2%) qızıl investisiyaları təşkil edib.

Hesabat dövrünə ARDNF-in cəmi investisiya portfeli 57 milyard 014,1 mln. dollara çatıb.

Əvvəlki məqalə

“KTMT-Ermənistan münasibətləri çətin dövrdən keçir”

Sonrakı məqalə

“Hamı yaxşı bilir ki, atanızın böyük rolu olub”