Dövlət Statistika Komitəsi 2023-cü ilin aprel ayında ərzaq qiymətlərində müşahidə olunan bahalaşma və ucuzlaşmanı qeydə alıb.
Azpost.info bildirir ki, rəsmi açıqlamaya görə, cari ilin aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bu qida məhsullarında bahalaşma olub. Düyünün, vaflinin, peçenyenin, mal və qoyun ətinin, yoqurtun, xamanın, pendirin, zeytun yağının, naringinin, portağalın, almanın, balqabağın, yerkökünün, soğanın, şəkərin, konfetlərin, çayın, mineral suların, pivənin, tütün məmulatlarının qiymətində bahalaşma olub.
Ucuzlaşma isə əsasən çörəyin, unun, qarabaşaq yarmasının, təzə balığın, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, bananın, kələmin, xiyarın, çuğundurun, kartofun, mərcinin qiymətlərində müşahidə olunub.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Azpost.info