Hansı dünya liderləri Krımı Rusiyanın bir hissəsi kimi tanıyır?

Fransanın keçmiş prezidenti Nikola Sarkozi Krımın Ukraynaya qaytarılmasını “illüziya” adlandırıb. Onun fikrincə, yarımada 1954-cü ilə qədər rusların olub, əhali isə özünü rus hesab edir.

Bəs, dünya liderlərindən və siyasətçilərindən kimlər bu bölgəni Rusiyaya aid edir?

Azpost.info xəbər verir ki, 2014-cü ilin martında Nikaraquanın Rusiyadakı səfiri Luis Molina Kuadra bildirib ki, ölkəsi Krımda keçirilən referendumu və regionun Rusiya Federasiyasına daxil olmasını şərtsiz tanıyır.

Venesuela prezidenti Nikolas Maduro da Moskvanı Krım məsələsində dəstəkləyib, həmçinin dövlətləri yarımadada səsverməyə qarşı çıxan ikili standartlar tətbiq etməkdə ittiham edib.

2014-cü ildə Əfqanıstan prezidenti Həmid Kərzai Krımın Rusiyanın bir hissəsi olduğunu bəyan edib.

Yarımada sakinlərinin qərarı ilə 2014-cü ildə Suriya, Kuba və Şimali Koreya da razılaşıb.

Sudan səfiri 2018-ci ildə referendumun beynəlxalq hüquq normalarına uyğun olduğunu qeyd edib.
Belarus prezidenti Aleksandr Lukaşenko 2021-ci ilin noyabrında Krımın de-fakto və de-yure Rusiya olduğunu bildirib.

Bu arada, Suriya prezidenti Bəşər Əsəd 2023-cü ilin martında Rusiyanın referendumlardan sonra ilhaq edilmiş “DXR”, “LXR”, Xerson və Zaporojye vilayətlərinin əraziləri ilə yeni sərhədlərini tanıdığını da təsdiqləyib.

Azpost.info

Əvvəlki məqalə

Keçmiş ABŞ səfiri Pakistanın XİN rəhbəri təyin edildi

Sonrakı məqalə

Məhkəmə Mahaçqalada partlayışda şübhəli bilinən şəxs barədə qərar çıxarıb