Məhkəmə Mahaçqalada partlayışda şübhəli bilinən şəxs barədə qərar çıxarıb

Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayışda şübhəli bilinən Eldar Nəsrulayevə qarşı ittiham irəli sürülüb.

Azpost.info xəbər verir ki, o, 35 nəfərin ölümünə səbəb olan təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlər göstərməkdə təqsirli bilinib.

“Moskvanın Basman məhkəməsi Cinayət Məcəlləsinin 238-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilən Eldar Teymuroviç Nəsrulayevin barəsində oktyabrın 14-dək həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaqdan vəsatət alıb”, – məhkəmədən bildirilib.

Azpost.info

Əvvəlki məqalə

Hansı dünya liderləri Krımı Rusiyanın bir hissəsi kimi tanıyır?

Sonrakı məqalə

Rusiya Baş naziri gəncləri zavodlarda işləməyə çağırıb