Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Hansı mallar geri qaytarıla bilməz? – AÇIQLAMA

Orkhan Ali 14 Mart 2025 - 19:00 (Last updated: 21 May 2025 - 20:15)
Azərbaycanda bu məhsullar BAHALAŞDI.

Azərbaycanda bu məhsullar BAHALAŞDI.

İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal dəyişdirilərkən istifadə olunmamış olmasına diqqət yetirilməlidir. Yəni malın əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı saxlanılmalıdır. Malın alınmasına dair kassa qəbzi və digər sənədlər mövcuddursa, bu halda mal dəyişdirilə bilər.

Bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Elşən Cəfərov deyib.

“Göründüyü kimi, qanunvericilik ilk növbədə lazımi keyfiyyətli qeyri-qida malının dəyişdirilməsi ilə bağlı tələbləri müəyyən edir. Malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, istehlakçı malın qaytarılmasını tələb edə bilər. Malın istifadə olunmamasına və təsdiqedici sənədlərin təqdim edilməsinə olan tələblər malın dəyişdirilməsində olduğu kimi, qaytarılmasına da şamil olunur.
Lakin bəzi mallar var ki, onlar dəyişdirilmir”.

Qurum rəsmisinin sözlərinə görə, dəyişdirilməli olmayan malların siyahısı Nazirlər Kabinetinin 114 nömrəli Qərarı ilə təsdiq edilib.

Həmin siyahıya aşağıdakılar daxildir:

1. Qızıl və qızıl məmulatları
2. Qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar
3. Bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr)
4. Parfümer-kosmetika malları
5. Kişi, qadın və uşaq çimərlik paltarları
6. Bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları
7. Məişət-kimyası malları
8. Şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.)
9. Uşaq oyuncaqları
10. İstehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları
11. Ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar
12. Dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları.

E.Cəfərov bildirib ki, malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək, ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir: “Satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən istehlakçıya məlumat verməlidir”.

Post navigation

Previous: 74 yaşlı qadın sahibkarın ölkədən çıxışına “stop” qoyuldu
Next: Azərbaycanda orta aylıq əmək haqqı artdı

Oxşar xəbərlər

ciraq
  • İqtisadiyyat

“Çırağ”ın gətirdiyi qazanc…- 29 ilə 60 mlrd dollar

User 07 Noyabr 2026 - 13:17
neft
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 107 dolları ötüb

User 07 Noyabr 2026 - 10:26
qaz tebii
  • İqtisadiyyat

Türkiyə Rusiyadan qaz alışını azaldır – Bayraktar səbəbi açıqladı

User 06 Noyabr 2026 - 19:32

xƏBƏR

bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Tarixdə elə siyasətçilər var ki, onların karyerası böyük uğurlarla yadda qalır, lakin illər sonra üzə çıxan sənədlər...
Read more about BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib ilham aliyev
  • Baş Yazı

Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

User 07 Noyabr 2026 - 18:15
Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama Hakan Fidan
  • Dünya

Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama

User 07 Noyabr 2026 - 16:50
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.