“Harri Potter” filminin məşhur aktyoru vəfat edib –FOTO

“Harri Potter” filmindən məşhur olan aktyor Robbi Koltreyn 73 yaşında vəfat edib.

Azpost.info bildirir ki, Koltreyn Şotlandiyanın Larbert şəhərindəki evinin yaxınlığındakı xəstəxanada dünyasını dəyişib. Ölümün səbəbi açıqlanmır.

Aktyor dünya şöhrəti Harri Potter filmlərindəki Haqrid roluna görə qazanıb.

2019-cu ildə media sənətçinin uzun müddət osteoartritdən əziyyət çəkdiyini və əlil arabasına məhkum edildiyini bildirib. Koltreynin dediyinə görə, o, xəstəliyi barədə 2016-cı ildə öyrənib. Sonra həkimlər dizdəki yükü yüngülləşdirmək üçün ondan təxminən 40 kiloqram arıqlamağı xahiş ediblər.

Robbi Koltreyn aktyor, prodüser və ssenarist Entoni Robert Makmillanın təxəllüsüdür. O, həmçinin “Qaçaq rahibələr” filmi, “Kraker metodu” teleserialı və digər filmlərdə çəkilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.