“Harri Potter” ilk dəfə ata olub

Hollivud aktyoru Deniel Radkliff ilk dəfə ata olub.

Azpost.info Daily Mail-ə istinadən bildirir ki, Harri Potter rolunun ifaçısının və sevgilisi Erin Darkın bu yaxınlarda körpələri doğulub. Körpənin cinsiyyəti hələ açıqlanmayıb.

On ildən artıqdır ki, 38 yaşlı amerikalı aktrisa ilə münasibətdə olan 33 yaşlı “Harri Potter” ulduzu Nyu-Yorkda uşaq arabası ilə gəzərkən görüntülənib.

Cütlük 2012-ci ildə film çəkilişi zamanı tanış olublar.

Mart ayında kino “ulduzu”nun nümayəndəsi cütlüyün ilk övladlarını gözlədiklərini təsdiqləyib.

Əvvəlki məqalə

Daha 18 nəfər COVID-19-a yoluxub, 4 nəfər vəfat edib

Sonrakı məqalə

İsveç Rusiyanın 5 diplomatını ölkədən qovur