Harvard Tibb Məktəbinin “morq”unda işləyən əməkdaş meyit hissələrini satırmış

Harvard Tibb Məktəbinin meyitxanasının keçmiş əməkdaşı Cedric Lodge donor orqanlarından insan qalıqlarını satmaqda ittiham olunur.

Azpost.info “Complex” portalına istinadən bildirir ki, bununla bağlı federal prokurorluq məlumat verib.

Morq meneceri olan Sedric Lodgenin universitetin tibb fakültəsindən oğurlanmış insan qalıqlarını alıb satan böyük ümummilli şəbəkənin üzvü olduğu ortaya çıxıb. 2018-ci ildən 2022-ci ilə qədər Lodge və həyat yoldaşı Denise Lodge cəsədləri oğurlayıb, baş, beyin, dəri və sümük hissələrini çıxararaq  cinayət ortaqlarına satıblar.

Onlar həmçinin müştərilərinə morqa gələrək bəyəndikləri bədən hissələrini seçməyə icazə veriblər.

Əsas alıcılardan biri olan Katrina McLean-ın cəmi 600 dollara iki insan üzünü almağa razı olduğu iddia edilir.

Prokurorlar həmçinin bildiriblər ki, McLean əldə etdiyi qalıqları saxlayıb və bu qalıqları instaqram səhifəsində “Kat’s Creepy Creations” (zehni şoka salan və ruhu sarsıdan əsərlər)  adı ilə açdığı onlayn onlayn  mağazası vasitəsilə yenidən satıb.

Azpost.info

Əvvəlki məqalə

Qurban bayramı ilə əlaqədar pensiya və sosial müavinətlər vaxtından əvvəl ödəniləcək

Sonrakı məqalə

“Yalandır! –