Hava haqqında

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin 19-na olan məlumatına əsasən, mayın 18-i axşam saatlarından bəzi yerlərdə yağan yağış 19-u gecə saatlarından tədricən kəsilib.

Bu barədə Xidmətdən xəbər verilib.

Düşən yağıntının miqdarı Qax, Şahdağ, Ordubad, Gədəbəy, Naftalan, Balakən, Oğuz, Şəki, Tovuz, Daşkəsən, Gəncə, Şəmkir, Tərtər, Zərdab, İsmayıllı, Mingəçevir, Yardımlı, Astarada 3.0 mm-dək, Bakıda və Abşeron yarımadasında 0.0 mm olub.

Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Balakən, Biləsuvar, Lerikdə duman müşahidə olunub.

Mayın 18-də havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21-26° isti, Naxçıvanda 31°-dək isti, dağlıq rayonlarda 9-15° isti, aran rayonlarında 22-26° isti olub.

Əvvəlki məqalə

Azərbaycanda 101 dövlət qulluqçusu haker qurbanına çevrilib

Sonrakı məqalə

Britaniya Rusiyadan olan 86 fiziki və hüquqi şəxsə sanksiya tətbiq etdi