Hava limanı yolunda güclü küləklə bağlı sürət həddi endirilib

Paytaxtda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən bütün məlumat-sürət tablolarında “Güclü külək” işarəsi qoyulub.
DİN sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri və məlumat tablolarına diqqət yetirmələrini xahiş edir.
Əvvəlki məqalə

Çexiya və Türkiyə yığmalarının start heyətləri açıqlanıb –

Sonrakı məqalə

Ukrayna qrupda qaldı –