Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Havanın temperaturunun normadan çox olması virus infeksiyalarının aktivləşməsinə səbəb ola bilir

User 28 Noyabr 2023 - 16:49 (Last updated: 21 May 2025 - 20:15)
1701175816196659111_1200x630

“İqlim dəyişmələri insanın bütün fəaliyyət sahələrinə təsir etməklə yanaşı, onun səhhətinə də öz təsirini göstərir. Həmin qlobal problemlə əlaqədar olaraq qış aylarında havanın temperaturunun iqlim normasından çox olması həmin dövrdə qrip və bəzi virus infeksiyalarının aktivləşməsinə səbəb ola bilir”.

Bunu Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun böyük elmi işçisi Cəmilə Əhmədova iqlim dəyişmələrinin insan orqanizminə təsiri barədə danışaraq deyib.

Onun sözlərinə görə, son onilliklərdə yay aylarında güclü isti günlərin və isti hava dalğalarının sayının və davamiyyətinin artması insan sağlamlığına birbaşa mənfi təsir göstərən amillərdəndir: “Güclü istilərə şəhər əhalisi daha həssasdır. Bu cür istilər zamanı insanlarda hava şəraitinə uyğunlaşma prosesi çətinləşir, orqanizmdə müxtəlif fəsadlar yaranır. Qan dövranı, tənəffüs sistemi, əsəb sistemi xəstəlikləri xeyli artır. Əhali arasında günvurma və istivurma halları çoxalır. Belə istilərə adaptasiya tədbirlərindən biri də meşə sahələrinin, şəhərlərdə yaşıllıqların qorunması və artırılmasıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bu istiqamətdə çox işlər görülür – yeni meşə zolaqları salınır, ölkənin dörd bir yanında yaşıllaşdırma aksiyaları keçirilir, əhaliyə ağac və kol tingləri paylanılır və s.”.

C.Əhmədova, həmçinin bildirib ki, ilin isti dövründə temperaturun artması kəskin bağırsaq infeksiyalarının çoxalmasına da səbəb ola bilir: “Buna görə də ərzaqların düzgün saxlanılması, təmiz və içməli suyun hər bir vətəndaş üçün əlçatan olması vacib məsələdir”.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və onun tərəfdaşları noyabrın 30-da öz işinə başlayacaq COP28 iqlim konfransı iştirakçılarını iqlim dəyişmələri ilə mübarizə tədbirlərinə səhiyyə problemlərini inteqrasiya etməyə çağırır. Builki qlobal sammitdə rekord sayda səhiyyə nazirləri iştirak edəcək. ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus hesab edir ki, Dubayda aparılacaq danışıqların iştirakçıları qlobal istiləşmə ilə mübarizə sahəsində nəticələr əldə etməlidirlər. Konfrans çərçivəsində ilk dəfə olaraq “Sağlamlıq günü” keçiriləcək. Tədbir iqlim və əhalinin sağlamlığı arasında əlaqələrə diqqət çəkmək, iqlim dəyişməsi sahəsində səhiyyə mövzusunu gündəliyə salmaq məqsədi daşıyır.

Ekspertlər təsdiqləyirlər ki, 3,5 milyarda yaxın insan – dünya əhalisinin təxminən yarısı iqlim dəyişməsinə həssas olan yerlərdə yaşayır. Dünya Bankının proqnozlarına görə, iqlim dəyişməsi 2050-ci ilədək təqribən 216 milyon nəfərin məcburi yaşayış yerini dəyişməsinə səbəb ola bilər(azərtac).

Post navigation

Previous: Azərbaycanda qızılcaya yoluxanların sayı açıqlanıb
Next: “Muğanbank”ın əmanətçilərinə bir gündə 65 mln. manat kompensasiya ödənilib

Oxşar xəbərlər

aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 30 Oktyabr 2026 - 12:59
eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49

xƏBƏR

kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
Alimlərin və kosmetologiya mütəxəssislərinin araşdırmaları dəriyə qulluqda təbii vasitələrin mühüm rol oynadığını göstərir. Bunun səbəbi onların dərinin...
Read more about Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
“Müharibəni mən yox, 1979-cu ildə İran bizə qarşı başlayıb” -TRAMP tramp cixis
  • Dünya

“Müharibəni mən yox, 1979-cu ildə İran bizə qarşı başlayıb” -TRAMP

User 30 Oktyabr 2026 - 20:42
ABŞ-a göndərilən Rusiya dizelini almaq istəyən yoxdur – Şirkətlər geri çəkilir tanker dizel
  • İqtisadiyyat

ABŞ-a göndərilən Rusiya dizelini almaq istəyən yoxdur – Şirkətlər geri çəkilir

User 30 Oktyabr 2026 - 20:32
Rusiya, Ukrayna və ABŞ arasında görüş noyabrda keçiriləcək – Tarix razılaşdırılır tramp putin zelenski
  • Dünya

Rusiya, Ukrayna və ABŞ arasında görüş noyabrda keçiriləcək – Tarix razılaşdırılır

User 30 Oktyabr 2026 - 20:22
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.