“Hazırkı deputatlar təkrarən namizədliklərini irəli sürə bilərlər” –

Siyavuş Novruzov
05 Dekabr 2019 - 21:28

“Parlamentdə olmuş və hazırda parlament üzvü olan deputatlar təkrarən öz dairələrindən və ya başqa dairələrdən namizədliyini irəli sürə bilər”.

Azpost.info bildirir ki, bu sözləri YAP icra katibinin müavini Siyavuş Novruzov fevralın 2-nə təyin olunmuş növbədənkənar seçkilərə dair partiyanın mövqeyini “Amerikanın Səsi”nə şərh edərkən deyib.

S.Novruzov bildirib ki, bu  Yeni Azərbaycan Partiyasında bu, partiyanın qərarı ilə olacaq: “Yəni, partiya kimin hansı dairədən namizədliyini irəli sürməsini müəyyənləşdirəcək. Bu tədqiqatlar nəticəsində həyata keçiriləcək. Digərləri isə fərdi qaydada və yaxud hansı siyasi partiyaya mənsubdursa, artıq o siyasi partiyanın və yaxud özünün qərarından asılı olacaq”.

O, bildirib ki, YAP kimin namizədliyini irəli sürəcəksə, onu müdafiə edəcək: “Kim ki, seçilməyəcək, xalq tərəfindən səs almayacaq və yaxud da namizəliyini irəli sürməyəcək, o insanlar da partiyanın aktiv üzvləridir və partiya həyatında daim iştirak edəcək”.