“Rusiya ölkəyə qayıtmaq istəyən xarici şirkətlərə açıqdır”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.
“Biz bundan sonra da işləməyə hazırıq. Heç kimi qovmuruq, ölkəmiz açıqdır, öz iqtisadiyyatına investisiyaları alqışlayır”, – spiker bildirib.
Eyni zamanda o qeyd edib ki, ABŞ-ın təzyiqi ilə Rusiya bazarını tərk edən şirkətlərin geri qayıtması asan olmayacaq: “Onların yeri tezliklə Rusiya və Asiya firmaları tərəfindən tutulacaq”. Volodin vurğulayıb ki, şirkətlər Rusiyada işləməyə davam etmək niyyətində olub-olmadıqlarına qərar verməlidirlər.
Azpost.info