“Heç kimin Rusiyanı məhv etmək arzusu yoxdur”- Britaniya XİN rəhbəri

“Ukraynadakı silahlı münaqişəyə baxmayaraq, Britaniyada heç kimin Rusiyanı məhv etmək arzusu yoxdur”.

Azpost.info xəbər verir ki, Britaniyanın xarici işlər naziri Ceyms Kleverli deyib.

Onun sözlərinə görə, Britaniya ruslara, rus tarixinə və mədəniyyətinə hörmətlə yanaşır.

Kleverlinin fikrincə, Rusiyanın hərbi əməliyyatlara başlamaq üçün heç bir əsası yox idi: “Qərb dövlətləri əmindirlər ki, Ukraynanın özünü təcavüzdən müdafiə etmək hüququ var və buna görə də Kiyevə hərbi yardım göstərirlər”.

Rusiya hakimiyyətinin Qərbin Kiyevi silahla yükləməsi iddialarına gəlincə, XİN rəhbəri deyib ki, Moskva Ukraynanın ərazi bütövlüyünə hörmət etməyənə və hərbi əməliyyatlara son qoymayana qədər təchizat dayanmayacaq: “İnsanlar bir şeyi istəyir – bu müharibə mümkün qədər tez bitsin. Məqsədimiz budur. Ukraynaya da buna görə kömək edirik”.

Azpost.info

Əvvəlki məqalə

Zelenski sabah mətbuat konfransı keçirəcək

Sonrakı məqalə

Sabah hava necə olacaq?