Helikopter qəzası ilə bağlı şahidlər dindirilib –

İstintaqa Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini rəhbərlik edir
30 Noyabr 2021 - 19:16

Dövlət Sərhəd Xidmətinin helikopterinin qəza uğraması ilə bağlı hazırda intensiv zəruri istintaq hərəkətləri icra olunmaqdadır.

Bunu Baş prokurorun birinci müavini Elçin Məmmədov deyib.

O bildirib ki, şahidlərin dindirilməsi, meyitlərin xarici və daxili müayinəsi keçirilib: “Zəruri istintaq hərəkətləri davam etdiriləcək”.

Elçin Məmmədov deyib ki, Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması ilə bağlı hadisənin araşdırılması yaradılmış üçün istintaq qrupuna peşəkar müstəntiqlər daxil edilib.

E. Məmmədov bildirib ki, istintaq qrupunun üzvləri tərəfindən hadisə yerinə baxış keçirilib: “Helikopterin düşdüyü ərazidə “qara qutu” aşkar edilərək, müvafiq qaydada qablaşdırılaraq götürülüb. Həmin sübutun tədqiqi peşəkar mütəxəssislər tərəfindən həyata keçiriləcək”.

Onun sözlərinə görə, hazırda ilkin səbəblərin müəyyənləşdirilməsi üçün istintaq aparılır: “İstintaqın hazırkı mərhələsində helikopterin qəzaya uğramasında hər hansı müdaxilə inkar olunur. Yaradılmış istintaq qrupunun üzvləri tərəfindən digər versiyalar araşdırılır.

Hava şəraiti, pilotun ehtiyatsız davranışı və s. mələlərlə bağlı araşdırmalar aparılır”.

“İstintaqı peşəkar müstəntiqlər aparır. İstintaq qrupu Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini Sənan Paşayevin rəhbərliyi ilə yaradılmaqla, onun icraatına verilib”, – deyə E. Məmmədov qeyd edib.