DSX rəisi Elçin Quliyev helikopterin hansı aerodromdan qalxdığını açıqladı –Qəza necə baş verib?

“DSX-ya məxsus Mi-17 tipli helikopteri təlim məqsədi ilə Səngəçal aerodromundan saat 10.16-da havaya qalxaraq “Qaraheybət” təlim mərkəzinə doğtu hərəkət edib. Saat 10.36-da təlim meydanında təyin olunmuş meydançaya eniş edərkən helikopter qəzaya uğrayıb”.

Azpost.info bildirir ki, bu sözləri keçirdiyi mətbuat konfransında DSX-nin rəisi, general Elçin Quliyev bildirib.

“Hadisə barədə mənə məruzə edildikdən dərhal sonra mənimlə bərabər DSX yüksək rütbəli zabitləri hadisə yerinə gəlimişik. DTX-nın, DİN-in və Baş Prokurorluğun nümayəndələri ilə hadisə yerinə baxış keçirmişik. Bundan sonra Prezidentə məruzə olunub.

Prezident tərəfindən hadisənin təfərrüatının daha da dəqiqləşdiirlməsi, şəhidlərimizin dəfn edilməsi, yaralıların müalicəsi ilə əlaqadar müvafiq tapşırılqr verilib. Pilot ən yüksək səviyyədə, ağır şəraitlərdə uçuşlara təlimatlı olan pilotlarımızdan biridir. Polkovnik Füzuli Cavadov. Hansı ki, hələ Birinci Qarabağ müharibəsində iştirak edib””-deyə o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Helikopter qəzası ilə bağlı şahidlər dindirilib –

Sonrakı məqalə

“Helikopter qəzasında hər hansı kənar təsirdən söhbət gedə bilməz” –