“Qəzaya uğrayan helikopter tamamilə yeni helikopterdir”.
Azpost.info bildirir ki, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev bu gün baş vermiş helikopter qəzası ilə bağlı bildirib: ““Qara qutu” tapılıb. “Qara qutu” Baş Prokurorluqdadır. Hazırda hadisənin səbəbi barədə dəqiq bir şey demək mümkün deyil. Dəqiq onu deyə bilərik ki, hər hansı kənar təsirdən söhbət gedə bilməz”.