HƏMAS daha üç israilli girovu azad edib-VİDEO

girovu azad edib
girovu azad edib

HƏMAS atəşkəs müqaviləsi çərçivəsində daha üç israilli girovu azad edib.

AzPost bildirir ki, 35 yaşlı Yarden Bibas və 54 yaşlı Ofer Kalderon İDF əməkdaşlarına təhvil verilib, daha sonra ikinci Qırmızı Xaç karvanı İsrail əsilli amerikalı Keyt Sigeli HƏMASdan alıb.

Qəzzada isə fələstinlilər uzun müddətdir İsrail ordusunun girişinə qadağa qoyduğu bəzi ərazilərə qayıtmağa başlayıblar. BMT çərşənbə günü bildirib ki, bu həftə şimal Qəzzaya 423 mindən çox insan geri dönüb.

Müharibənin ilk günlərində İsrailin əmri ilə təxminən 1 milyon insan həmin bölgədən çıxmağa məcbur olmuşdu. İnsanlar İsrailin HƏMAS-a qarşı hərbi əməliyyatları nəticəsində viran qalmış ərazilərə geri dönürlər.

Qəzzadakı müharibə 7 oktyabr 2023-cü il tarixində HƏMAS-ın İsrailə hücumu ilə başlayıb. Bu hücumda 1200 nəfər ölüb və 250 nəfər girov götürülüb.

Səhiyyə rəsmilərinin bildirdiyinə görə, İsrailin Qəzzadakı hərbi əməliyyatları nəticəsində isə ən azı 47 400 insan həlak olub və onların çoxu qadınlar və uşaqlardır.

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.