HƏMAS-ın əsas komanda qərargahı Qəzzadakı mərkəzi xəstəxana ərazisində yerləşir- İsrail ordusu

HƏMAS-ın əsas komanda qərargahı Qəzzanın Əl-Şifa mərkəzi xəstəxanasının ərazisində yerləşir.

Azpost.info xəbər verir ki, bu barədə İsrail ordusu bildirib.

“Burada yaraqlıların hərbi məqsədlər üçün istifadə etdiyi bir neçə yeraltı komplekslər, eləcə də xəstəxanadan keçmədən qərargaha çatmağa imkan verən tunel var”, – ordunun mətbuat xidməti bildirib.

O da qeyd olunur ki, xəstəxananın daxilində silahlı şəxslərdən ibarət HƏMAS daxili təhlükəsizlik nəzarət mərkəzi, həmçinin İsrail ərazisinə raket hücumlarının idarə olunduğu terror qərargahı var.

İsrail ordusu bəyan edir ki, 1500 çarpayısı və təxminən 4 min işçisi olan xəstəxana HƏMAS liderləri tərəfindən canlı qalxan kimi istifadə olunur.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.