HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadaları İsrail ərazisinə hücumunun ildönümündə Təl-Əvivə raket hücumu etdiyini açıqlayıb.
Azpost.info xəbər verir ki, bu barədə məlumat radikalların rəsmi “Telegram” kanalında yayılıb.
“Dinc əhaliyə qarşı düşmən cinayətlərinə cavab olaraq İzzəddin əl-Qəssam Briqadasının döyüşçüləri Təl-Əvivə raket zərbələri endiriblər”, – məlumatda deyilir.
Mərmilərin hədəflərə düşüb-düşmədiyi barədə məlumat verilmir.
Azpost.info