HƏMAS yaxın bir neçə gün ərzində Qəzzada atəşkəs təklifinə cavab verəcək.
Azpost.info xəbər verir ki, bu barədə Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.
Misir hökumətindəki yüksək rütbəli mənbənin sözlərinə görə, Qəzzada nizamlanma üzrə dolayı danışıqları bərpa etmək üçün intensiv əlaqələr qurulub.
Mənbə əlavə edib ki, Qahirə HƏMAS-ın atəşkəsə sadiqliyi ilə bağlı müsbət siqnallar alıb. O, HƏMAS rəhbərliyinin təklifləri ciddi və müsbət şəkildə öyrəndiyinə əmindir.
Azpost.info