Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Hesablama Palatası Turizm Agentliyində 18 milyon manatlıq pozuntu aşkar edib

User 30 İyul 2025 - 15:29 (Last updated: 30 İyul 2025 - 15:29)
1740495806_manat-1560526404-1

Hesablama Palatası Dövlət Turizm Agentliyində 18,5 milyon manatlıq pozuntu aşkarlayıb.

Bu barədə Palata məlumat yayıb. Məlumata görə, bu, Palatanın apardığını audit zamanı üzə çıxıb. Audit nəticəsində aşağıdakı əsas nöqsanlar aşkarlanıb:

Auditin əhatə etdiyi 2021-2024-cü illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlərin icrası zamanı bir sıra hallarda Agentliyin tabeliyindəki qurumların fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri vəsaitlərin ayrılması fonunda funksiyaların digər qurumlara ötürülməsi hallarına rast gəlinib.

Azərbaycan Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”də Agentliyin funksional fəaliyyəti və vəzifələri üzrə mütəxəssis (kadr) hazırlığı nəzərdə tutulmadığı halda, Azərbaycan Turizm və Menecment Universiteti ilə Avstriyanın İMC KREMS Tətbiqi Elmlər Universiteti arasında İMC Transmilli proqramın tərtibi və həyata keçirilməsinə dair bağlanılmış müqavilələrə əsasən 2021-2023-cü illərdə ümumilikdə 899,5 min manat büdcə vəsaiti ödənilib.

Audit dövründə əhəmiyyətli sayda əməliyyatları əhatə edən 330 min manat məbləğində vəsaitlər vahid büdcə təsnifatının tələblərinə əməl edilməyərək funksional və iqtisadi təsnifatın paraqrafları üzrə xərclənməyib.

Qoruqları İdarəetmə Mərkəzinin müvafiq 4 qoruğunun ərazilərində toplanmış zibil, xəzəl, məişət tullantılarının yığılması, daşınması, ərazilərin süpürülməsi, ağacların əkilməsi, budanması və sair işlərin həyata keçirilməsi ilə bağlı satınalma müqavilələri bağlanılaraq həmin qurumların vəsaitləri hesabına aparılmalı olduğu halda Agentlik auditlə əhatə olunan dövr ərzində 835,5 min manat məbləğində vəsait ödəyib.

Agentlik “Azərbaycan Turizm Bürosu” və “Qoruqların İdarəetmə Mərkəzi”nə 2023-2024-cü illər üzrə vəsaitlərin köçürülməsi ilə bağlı müvafiq müraciətlər edilməsi və həmin müraciətlərə müvafiq razılıq və ya cavab alınmaması fonunda ümumilikdə auditlə əhatə olunan dövr ərzində 18,5 milyon manat məbləğində büdcə vəsaiti ilin sonunda tabelikdəki qurumlara köçürülməklə ilin sonuna bütün xəzinə hesablarının qalıqlarının vahid xəzinə hesabına köçürülməsi ilə bağlı tələbdən yayınıb.

“Büdcə sistemi haqqında” qanunun tələbini pozan Agentlik vəsaitlərin akkreditiv hesablarda saxlanılmasına yol verib, bəzi hallarda vəsaiti büdcəyə qaytarmayıb. Akkreditiv hesablarda saxlanılmış vəsaitin 3 milyon 89,7 min manatı 2022-ci ildə, 8 milyon 789,2 min manatı 2023-cü il ərzində yerinə yetirilmiş iş və xidmətlərə görə bağlanılmış (icra edilmiş), ilin sonuna qalan 965,4 min manat vəsaitdən 921,8 min manatı isə 2024-cü il ərzində yerinə yetirilmiş iş və xidmətlərə görə bağlanılmaqla cəmi 43,5 min manatı büdcəyə qaytarılıb.

Auditin əhatə etdiyi illərdə Agentliyin mühasibatlığında sabit mühasibat uçotu proqramı mövcud olmamış, dövr ərzində işçilərin əməkhaqqının hesablanması, debitor və kreditorların, anbarın, əsas vəsaitlərin və material ehtiyatların uçotunun aparılması, memorial orderlərin işlənilməsi və dövriyyə cədvəlinin hazırlanması müvafiq cədvəl proqramının köməyi ilə həyata keçirilmişdir. Bu, öz növbəsində, maliyyə hesabatlarında təhriflərin də formalaşmasına şərait yaradıb.

Auditin əhatə etdiyi illərdə yerinə yetirilmiş təmir və bərpa işləri üzrə seçmə qaydada toplanmış audit sübutları ilə smetada nəzərdə tutulmayan işlərin dəyərinin ödənildiyi, bəzi işlərin dəyərinin və həcmlərinin artırılması hesabına podratçıya əlavə vəsaitin ödənildiyi, eləcə də bir sıra nöqsanlar səbəbindən dövlət vəsaitinin artıq istifadəsinə yol verildiyi müəyyən olunub.

Respublika səviyyəli tədbirlərin keçirilməsi zamanı bəzi hallarda qüvvədə olan norma və tələblərə əməl olunmamış, bu və müqavilədə nəzərdə tutulmuş şərtlərin icra edilməməsi artıq dövlət vəsaitinin icrasına səbəb olub.

Müqavilə öhdəliklərinin icra vəziyyətinə nəzarət olunmaması, eyni zamanda, xarici ölkələrdə təbliğat xarakterli məlumatların yerləşdirilməsi ilə bağlı keçirilmiş satınalmaların, son nəticədə isə bu istiqamətdə fəaliyyətin nəticəliliyinə təsir göstərib və vəsaitlərin vaxtında icra edilməsi imkanlarını məhdudlaşdırılıb

AzPost.az

Post navigation

Previous: Qabil Məmmədov 16 il azadlıqdan məhrum edilib
Next: Tibbi sığorta ilə əməliyyatların 90 faizi özəl klinikalarda aparılır –

Oxşar xəbərlər

Qətl
  • Kriminal

Şəmkirdə kişi qadını öldürüb intihar etdi – hadisənin təfərrüatları açıqlandı

User 17 Noyabr 2026 - 09:55
avtomobil xidmeti
  • Kriminal

Maşının qapısını açıq qoydu, 6 min manatını oğurladılar

User 14 Noyabr 2026 - 15:52
haker telebe
  • Kriminal

Tələbələrin fotolarını süni intellektlə montaj edən şəxs saxlanıldı – VİDEO

User 13 Noyabr 2026 - 19:34

xƏBƏR

menzil dizayn
  • Baş Yazı

Güzəştli mənzili kimlər ala bilər? -Hüququ olan şəxslərin tam siyahısı

User 17 Noyabr 2026 - 17:48
Azərbaycanda mənzil sahibi olmaq istəyən vətəndaşlar üçün MİDA-nın güzəştli mənzil layihələri mühüm imkanlardan biridir. Lakin bu mənzilləri...
Read more about Güzəştli mənzili kimlər ala bilər? -Hüququ olan şəxslərin tam siyahısı
İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib ilham alman xin
  • Siyasət

İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib

User 17 Noyabr 2026 - 17:38
Süni intellektin elektrik sərfiyyatı azala bilər- Alimlərdən yeni texnologiya suni intelekt
  • Maraqlı

Süni intellektin elektrik sərfiyyatı azala bilər- Alimlərdən yeni texnologiya

User 17 Noyabr 2026 - 17:28
Bu göstərici insanı yanılda bilər – Artıq çəki necə qiymətləndirilməlidir? Pəhriz
  • Maraqlı

Bu göstərici insanı yanılda bilər – Artıq çəki necə qiymətləndirilməlidir?

User 17 Noyabr 2026 - 17:18
2027-ci ildə sosial paket kimləri əhatə edəcək? – Pensiya və müavinətlərlə bağlı yeni rəqəmlər BUDCE02
  • Baş Yazı

2027-ci ildə sosial paket kimləri əhatə edəcək? – Pensiya və müavinətlərlə bağlı yeni rəqəmlər

User 17 Noyabr 2026 - 16:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.