“Heydər Əliyev müxalifətin ona göndərdiyi təklifləri müzakirə edərdi” –

Siyavuş Novruzov
17 Oktyabr 2019 - 13:03

“Vaxtilə müxalifətin tanınmış rəhbərləri öz təkliflərini Prezident Heydər Əliyevə göndərirdilər. İclas zamanı Prezident bu təklifləri bizə oxuyardı, müzakirə edərdi. Müxalifət belə olmalıdır”.

Azpost.info bildirir ki, bu sözləri YAP icra katibinin müavini Siyavuş Novruzov musavat.com-un canlı efirində müsahibəsi zamanı  bldirib.

O qeyd edib ki, hazırkı müxalifət heç bir təkliflə çıxış etmir: “Dialoq təklif etmişik. Yığışaq bir yerdə müzakirə edək. Mövzuları sıralayaq. Ona uyğun müzakirə edək. Həmişə dialoqa açıq olmuşuq. Son müzakirələrə partiyalar qatılmışdı. Bir neçə partiya bu prosesdə iştirak etməyib. Bizim üçün fərqi yoxdur. Hər bir şəxs partiya rəhbəridir və müzakirə aparıla bilər”.