Heydər Əliyevin sabiq müşaviri göz yaşlarını saxlaya bilmədi –“Rəsul Quliyevin həyatımda oynadığı mənfi rol...” (VİDEO) 

“Rəsul Quliyevin mənim həyatımda oynadığı mənfi rolu sonradan başa düşdüm”.

Azpost.info bildirir ki, bu  sözləri Prezident Heydər Əliyevin sabiq müşaviri, politoloq Qabil Hüseynli “Speys”də yayımlanan “Sadə həqiqətlər” verilişində vəzifəsindən çıxarılması ilə bağlı danışarkən deyib.

“Sevinirəm ki, mən əvvəl Heydər Əliyev bunu başa düşmüşdü. Mənə dedi ki, sən gör kimin təsiri altına düşmüsən?”

Q.Hüseynli vəzifədə olarkən bədxahlarının olduğunu vurğulayıb: “Çörək kəsdiyimiz zaman səsimi yazan adamlar olmuşdu. Bu səsi sonra aparıb Prezidentin stoluna qoymuşdular”.

Politoloq Xəzər dənizində idarə etdiyi təyyarə ilə qəzaya uğrayaraq şəhid olan kürəkəni Rəşad Atakişiyevin cəsədinin tapılması səhnəsini anban danışarkən ağır hisslər keçirib və göz yaşlarını saxlaya bilməyib.

Xatırladaq ki, “Sadə həqiqətlər” verilişi bu gün saat 22:00-da yayımlanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Jurnalist Evi”nin qarşısından keçən yolda hərəkət istiqaməti dəyişdirilir

Sonrakı məqalə

Cahangir Hacıyevin məhkəməsi oldu –