Hikmət Hacıyev Türkiyə və Özbəkistandan olan həmkarları ilə görüşüb –FOTO

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə və Özbəkistandan olan həmkarları ilə görüşüb.

Prezidentin köməkçisi bununla bağlı “X” sosial şəbəkəsində paylaşım edib.

Hikmət Hacıyev qeyd edib ki, Akif Çağatay (Türkiyə) və Əlişir Peyqamovla (Özbəkistan) Almatıda keçirilən Türkdilli Dövlətlər Təşkilatının Diplomatik Müşavirlərinin/Prezident köməkçilərinin görüşü çərçivəsində ölkələrimiz arasında qardaşlıq münasibətlərinin perspektivlərini və qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə edib.

“Türk Dünyası bizim ailəmizdir!”, – Prezidentin köməkçisi qeyd edib.

 

Əvvəlki məqalə

Xaçmazda 28 yaşlı gənc özünü asıb

Sonrakı məqalə

“Hizbullah” İsrailin şimalına 50-dən çox raket atıb