Hikmət Hacıyev Brüsseldə Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə görüşəcək

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev oktyabrın 5-də İspaniyanın şəhəri Qranadada keçiriləcək iki ölkə liderləri arasında danışıqlara hazırlıq məqsədilə sentyabrın 26-da Brüsseldə görüş keçirəcəklər.

TASS xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Belçikanın paytaxtı Brüsselə işgüzar səfərə gedəcək. Onun Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolsun müşavirləri, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşləri nəzərdə tutulub. Bu görüşlər iki ölkənin liderlərinin oktyabrın 5-də Qranadada keçirilməsi planlaşdırılan görüşünə hazırlaşmaq üçündür”, – məlumatda bildirilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.