Hindistan Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına tam üzvlük üçün müraciətini bloklayıb.
AzPost AnewZ telekanalına istinadən bildirir ki, Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü dəstəkləyib. Lakin Hindistan Bakının çoxtərəfli diplomatiya prinsiplərinə və qondarma “Şanxay ruhu”na zidd olan tamhüquqlu üzvlük müraciətini yenidən bloklayıb.
“Diplomatik mənbələr bildirirlər ki, bu qərar Azərbaycanın Pakistanla yaxın münasibətləri ilə bağlıdır. Bu, Bakının kursunu dəyişdirmir, əksinə, Hindistanın yanaşmasının məhdudluğunu və uzaqgörənliyini vurğulayır”, – telekanal qeyd edir.