Hindistan Baş naziri Narendra Modi Kazanda keçirilən BRİKS sammitində Ukraynadakı münaqişəni sülh yolu ilə həll etməyə çağırıb.
Azpost.info xəbər verir ki, Modinin sözlərinə görə, ölkəsi sülh və sabitliyin əldə edilməsinə kömək etməyə hazırdır.
“Münaqişə sülh yolu ilə həll edilməlidir. Sülhün və sabitliyin tezliklə bərqərar olmasını tam dəstəkləyirik. Gələcəkdə mümkün olan hər cür yardımı göstərməyə hazırıq”, – Baş nazir qeyd edib.
Azpost.info