Hindistan Zelenskini G20 sammitinə dəvət etməyib

Hindistan G20-nin sentyabrın 9-10-da Yeni Dehlidə keçiriləcək sammitinə Ukrayna prezidenti Vladimir Zelenskini dəvət etməyib.

Azpost.info xəbər verir ki, Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Arindam Baqçi deyib ki, ölkəsi sammitinə dəvət olunan ölkələrin siyahısında heç bir dəyişiklik etməyib.

Hindistanın G20 sədrliyinin rəsmi saytında G20 sammitində iştirak edəcək ölkələrin liderlərinin siyahısı dərc edilib. Onlardan başqa, dəvət olunanlar arasında daha 9 ölkənin – Banqladeş, Misir, Mavrikiy, Niderland, Nigeriya, Oman, Sinqapur, İspaniya və Birləşmiş Ərəb Əmirliklərinin başçıları da var. Zelenskinin adı bu siyahıda yoxdur.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanın ağırlıqqaldırma komandası Ermənistandadır

Sonrakı məqalə

Mərhum Azər Paşa Nemətovun sədr səlahiyyətini Hacı İsmayılov icra edəcək