Mərhum Azər Paşa Nemətovun sədr səlahiyyətini Hacı İsmayılov icra edəcək

Azərbaycan Teatr Xadimləri İttifaqının sədrinin səlahiyətlərini xalq artisti Hacı İsmayılov icra edəcək. 
Azpost.info bildirir ki, bu barədə Teatr Xadimləri İttifaqının yaydığı məlumatda deyilir.
Açıqlamada qeyd olunub ki,  13 aprel 2023-cü il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin iclası keçirilib. İclasda Xalq artisti Azər Paşa Nemətovun xatirəsi bir dəqiqəlik sükutla yad edildi, sənətkarın şəxsiyyətindən, sənətindən, Azərbaycan mədəniyyətindəki, o cümlədən teatr sənətindəki əvəzolunmaz yerindən danışılıb.
Sonra sədrin vəzifə səlahiyyətıərinin icrası barədə məsələ müzakirə edilib. İdarə heyəti üzvlərinin yekdil qərarı ilə Azərbaycan Teatr Xadimləri İttifaqının növbəti Konfransına qədər İttifaq sədrinin səlahiyyətləri sədr müavini Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” Ordenli Hacı Məcid oğlu İsmayılova verilib.
Əvvəlki məqalə

Hindistan Zelenskini G20 sammitinə dəvət etməyib

Sonrakı məqalə

Avropa İttifaqı “Vaqner”i sanksiya siyahısına daxil etdi