“Hindustan Times” COP29-un əsas mesajından yazıb

“Hindustan Times” qəzeti Bakıda keçiriləcək COP29 sammiti ilə bağlı məqalə yayımlayıb. 

Azpost.info bildirir ki, bu barədə prezidentin köməkçisi Hikmət Hacıyev paylaşımında qeyd edib.

Məqalədə Azərbaycanın COP29-a hazırlığı və bu toplantının qlobal mesajları barədə qeyd olunur.

Prezidentin köməkçisi Hikmət Hacıyev qəzetə müsahibə verərək bu mötəbər tədbir barədə danışıb.

“Noyabrda BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP29) ev sahibliyi edən Azərbaycan  iki kritik qlobal problemə – qlobal münaqişə və iqlim maliyyələşməsinə töhfələrini verə bilər” -deyə “Hindustan Times” H.Hacıyevə istinadən yazıb.

Əvvəlki məqalə

Faktiki hava açıqlanıb

Sonrakı məqalə

Səbail rayonunda dənizə yaxın ərazidə yanğın məhdudlaşdırılıb –