Hökumətin hesabatı ilə bağlı 31 deputatın təklifləri Nazirlər Kabinetinə göndərilib

17 Aprel 2020 - 11:24

“Hökumətin hesabatı ilə bağlı 31 deputatın təklif və tövsiyələri yazılı olaraq Nazirlər Kabinetinə göndərilib”.

Bunu bu gün Milli Məclisin plenar iclasında spiker Sahibə Qafarova bildirib.

O deyib ki, digər deputatların da təklif və tövsiyələri varsa, təqdim edə bilərlər: “Həmin təkliflər də Nazirlər Kabinetinə göndəriləcək”.