“Hökumət aydın görüb ki, proqnozları real deyil…” –Ekspert büdcə layihəsini şərh etdi

“Xeyli müddət əvvəl 2022-2025-ci illər üzrə büdcənin parametrləri açıqlanmışdı.
Bu gün açıqlanan son göstəricilərdən aydın olur ki, təxminən ayyarım əvvəl yayılan proqnozlarla müqayisədə büdcənin gəlirlər hissəsi 409 mln. manat, xərcləri isə 905 mln.manat artırılıb”.
Azpost.info bildirir ki, bunu iqtisadçı -ekspert Rövşən Ağayev büdcə layihəsini təhlil edərək yazıb.
Ekspertin fikrincə, çox güman ki, hökumət xərclərin artımını enerji daşıyıcılarının bahalaşdırılmasından dolayı sosial paketlə əlaqələndircək.
“Təxminən ayyarım ərzində açıqlanan 2 proqnozda dəyişən göstəricilərdən biri də Neft Fondundan transfertlərin həcmidir.
İlkin çərçivə sənədində Fonddan transfertlər 11.860 mlrd. manat nəzərdə tutulmuşdu. Son proqnoza görə isə həmin məbləğ 850 mln manat artırılara 12.710 mlrd. manata çatdırılıb.
İlkin versiyada Fonddankənar büdcə yığımları 14.547 mlrd. manat nəzərdə tutulmuşdusa, son varianta görə bu məbləğ 441 mln. azalaraq 14.106 mlrd. manata endirilib.
Görünən odur ki, hökumət proqnozların ilk açıqlamasından ötən dövr ərzində aydın görüb ki, proqnozlar real deyil və iqtisadiyyatın həmin vergi yığımlarını təmin etməsi mümkün olmayacaq”.
R.Ağayevin sözlərinə görə, tənzimlənən tariflərin qəfil artımı, ondan dolayı xərclərə yenidən baxılması da göstərir ki, hökumətin iqtisadiyyatı nəinki orta və uzun, hətta qısa dönəmdə planlaşdırması ciddi problem olaraq qalır.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“ABŞ şirkətləri azad olunmuş ərazilərdə işə başlamaq üçün müqavilə bağlayıb” –

Sonrakı məqalə

ABŞ səfiri Zəngəzur dəhlizinin açılmasına münasibət bildirib