Rusiya hökuməti xarici şirkətlərin ölkəyə qayıdışını çətinləşdirdi

Rusiya hakimiyyəti ölkədən gedən şirkətlər üçün onların geri qayıtmasını xeyli çətinləşdirən tələblərin yeni siyahısını təsdiqləyib.

Azpost.info xəbər verir ki, bu barədə “Vedomosti” xarici investisiyalara nəzarət üzrə hökumət komissiyasının qərarına istinadən yazır.

“Ümumilikdə siyahıda on maddə var ki, onların çoxu əvvəllər qüvvədə olub. Yeni tələblər arasında iki ildən artıq müddətə geri satınalma opsionunun bağlanmasına qadağa da daxildir. Əgər belə bir müqavilə artıq imzalanıbsa, keçmiş sahibi biznesin ona qaytarılması üçün bazar qiymətini ödəməlidir. Bundan başqa, mövcud sahibi üçün iqtisadi faydalar da qiymətləndiriləcək”, – nəşr yazır.

Hökumətə yaxın mənbə bildirir ki, məqsəd xarici şirkətlərin Rusiyadan gedişini çətinləşdirməkdir: “Onlar nə itirdiklərini başa düşməlidirlər”.

Azpost.info

Əvvəlki məqalə

Riskdən asılı bazar – Ölkədə sığortanın vəziyyəti necədir?

Sonrakı məqalə

Xarici ölkədəki partiya ilə saziş bağlayan siyasi partiya 2 min cərimə olunacaq