Xarici ölkədəki partiya ilə saziş bağlayan siyasi partiya 2 min cərimə olunacaq

Milli Məclisin bugünkü plenar iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, siyasi partiyalar tərəfindən qəbul edilən qanunsuz ianələr, partiyanın qeydiyyatsız fəaliyyəti, əcnəbilərin siyasi partiyaya üzv qəbul edilməsi, partiya üzvlərinin reyestrindəki dəyişiklikləri barədə məlumat verilməməsinə görə cərimələr müəyyənləşir, Azərbaycandan kənarda hesab açan partiyaların cərimələnməsi, xarici ölkələrin partiyalarıyla bağladığı saziş barədə məlumat verməyən partiyaların 2 min manatadək cərimələnməsi nəzərdə tutulur, partiyaların dövlət orqanlarının fəaliyyətinə müdaxiləsinə görə cərimələr artırılır.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Əvvəlki məqalə

Rusiya hökuməti xarici şirkətlərin ölkəyə qayıdışını çətinləşdirdi

Sonrakı məqalə

Ağdamda siqaret fabriki tikiləcək