Endryu Qarfild onu aktyor kimi daha çox tamaşaçılarına sevdirən, məhşurlaşdıran “Hörümçək Adam” filmindəki həmin rola yenidən qayıtmaqla bağlı suala ayaqüstü və qeyri-müəyyən cavab verib.
Qarfild yenicə ekranlara çıxmış “Səssizlik” filminin nümayişində “Hörümçək Adam” roluna mümkün qayıdışı barədə konkret cavab verməkdən yayınıb. Bu manevr isə mediada aktyorun yeni, gizli planlarının olduğu barədə şübhələr yaradıb.
Nümayiş zamanı sənətçinin son filmi olan “Yaşamaq vaxtı”-na da kiçik bir buraxılış həsr olunub, daha sonra Endryu Qarfildin “Sosial şəbəkə” və “Hörümçək adam: Evə yol yoxdur” filmləri ilə bərabər kinoda rol aldığı digər ekran əsərlərindən söz açılıb.
Hollivud aktyori etiraf edib ki, o məhz bu film üçün Piter Parker rolunu oynamağa sırf “kameo” üçün qayıtmaq istəmir. Kino aktyor bildirib ki, yenidən belə bir obraza qayıdış personaj, eləcə də özü üçün daha çox məna kəsb etməli idi, lakin Qarfildin sözlərinə görə o, hələ də mövzu ilə bağlı yeni ideya və fərqli yanaşma görmür.
Bu filminin premyerasından sonra rejissor Con Uottsun, bir neçə kino sənayeçisinin, həmçinin onunla həmin söhbətdə iştirak edən, öz adının açıqlanmasını istəməyən məhşur teleaparıcının Qarfildi bu roluna qaytarmağa çox təkid etdikləri, onu razı salmaq üçün cəhd göstərdikləri deyilir.
Tamaşaçı rəğbətini qazanmış “Hörümçək Adam”-ın yeni versiyada ekranlaşdırmaq niyyəti və bu filmin mümkün gələcəyi ilə bağlı Endryu Qarfildlə bəzi “söhbətlərin” aparıldığını, ona təkliflər edildiyini etiraf etmək istəməyən Hollivud aktyoru ancaq gəzən söz-söhbətləri müşahidə edə-edə bu günə qədər susmağa üstünlük verib.
Ancaq növbəti dəfə verilən sualdan artıq imtina etmək istəməyən Endryu Garfildin cavabı belə olub: “Bəli, çox hadisələr baş verib. Belə bir fərziyyənin irəli sürülməsi isə başa düşüləndir, nə deyim?..Əgər sizin yerinizdə olsaydım, mən də fikirləşərdim ki, həqiqətən belə söhbətlər olub. Lakin əlavə təfərrüatlara varmayacağam”.
Belə bir cavab onun fanatlarının Endryu Qarfildin rola qayıtması ilə bağlı yaranan şübhələrini daha da gücləndirib.
Bütün bunlara baxmayaraq, Tom Holland ilə birgə qəhrəman “Hörümçək Adam”-la bağlı yeni bir hekayənin hazırlandığını və bu mövzuda çəkiləcək yeni filmin 2026-cı ildə yayımlanacağı deyilir.
Kino tənqidçilərinin fikrincə, ola bilsin ki, bu filmdə yenidən, həm də ilk “Hörümçək Adam” Endryu Qarfildlə bərabər bir neçə başqa “hörümçəklər” də ekranda peyda olsunlar.
Oqtay Qorçu