Hulisi Akar Qarabağda xidmət edəcək türk hərbiçiləri ilə görüşdü –

"Azərbaycanlı qardaşlarımızın müdafiəsini yerinə yetirəcəyik”
31 Dekabr 2020 - 10:40

Türkiyənin müdafiə naziri Hulisi Akar, Bakıda Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün ortaq mərkəzdə xidmət edəcək hərbiçilərlə görüşüb.

Bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Hulisi Akar bildirib ki, türk hərbiçiləri atəşkəsin qorunması ilə bağlı Birgə Mərkəzdəki vəzifələrini icra etməyə hazırdırlar:“Ortaq Mərkəzdə fəaliyyətə başladıqdan sonra işlərimiz çoxalacaq. Azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsində, müdafiə vəzifəmizi yerinə yetirəcəyik”.