Husilər Rusiya neftini daşıyan tankerə raket zərbəsi endirib- “Reuters”

Yəmən husiləri Rusiya neftini daşıyan Panama bayraqlı tankerə səhvən raket zərbəsi endiriblər.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” Britaniyanın dəniz təhlükəsizliyi ilə məşğul olan “Ambrey” şirkətinə istinadən yazıb.

Britaniyanın Dəniz Ticarət İnformasiya Mərkəzi bildirib ki, Yəmənin Ədən limanından 90 dəniz mili cənub-şərqində olan gəmidən təxminən 400-500 metr aralıda raket düşdüyü barədə tankerin kapitanı xəbərdar edilib.

Hücum nəticəsində tələfat və dağıntı olmayıb.

“Bu, husilərin səhvən hücumuna məruz qalan ikinci Rusiya tankerdir”, – məlumatda deyilir.

Agentlik ilk insidentin harada və nə vaxt baş verdiyini açıqlamayıb.

İranın dəstəklədiyi Yəmən husiləri ötən ilin noyabrından Qırmızı dənizdə Qərbin ticarət gəmilərinə PUA və raketlərlə davamlı hücumlar edir. Onlar öz hərəkətlərini İsrailin Qəzza zolağındakı hərbi əməliyyatlarına etiraz adlandırıb və İsraillə əlaqəli bütün gəmilərə hücum edəcəyinə söz verib. Eyni zamanda təkcə hərbi gəmilər deyil, müxtəlif ölkələrin ticarət gəmiləri də husilərin hədəfinə çevrilir.

Azpost.info

 

Əvvəlki məqalə

Su sayğaclarını donvurmadan necə qorumalı?

Sonrakı məqalə

“Ordunun Türkiyə modelinə uyğunlaşdırılması davam etdiriləcək” –