Həmsədrlər Azərbaycanın işğal olunmuş ərazisinə gəliblər- Separatçı liderlə görüş olub

ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şafer (ABŞ), İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onları müşaiyət edən vəzifəli şəxslər oktyabrın 16-də Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəliblər.

“Report” xəbər verir ki, diplomatlar Xankəndində Dağlıq Qarabağdakı erməni separatçı rejiminin rəhbəri Bako Saakyanla görüşüblər.

Görüşdə münaqişənin tənzimlənməsi ilə bağlı danışıqların hazırkı vəziyyəti, qoşunların təmas xəttindəki durum müzakirə olunub.

Həmsədrlər daha sonra Bakıya yola düşəcəklər.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir