Azərbaycan dili və ədəbiyyat müəllimlərinin 95 faizi, ibtidai sinif müəllimlərinin isə 86 faizi sertifikatlaşdırma prosesindən uğurla keçib.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, yeni tədris ilindən müəllimlərin əməkhaqqı sertifikatlaşdırmanın nəticələrinə uyğun olaraq müvafiq artımla hesablanacaq.