İcbari tibbi sığorta üçün büdcədən 900 milyon manat köçürüləcək- Açıqlama

“Hər bir Azərbaycan vətəndaşına icbari tibbi sığorta üçün dövlət tərəfindən 90 manat ayrılıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin büdcəsinə dövlət tərəfindən ümumilikdə 900 milyon manat köçürüləcək”. 

APA xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov deyib.

Onun sözlərinə görə, bu vəsaitlə xəstəxanalara verdikləri tibbi xidmətə görə ödəniş ediləcək: “90 manat verilməsi o demək deyil ki, o, yalnız bu məbləğdə xidmət alacaq. Həmin şəxs xidmətlər zərfində öz əksini tapan xidmətlərin hamısından limiti olmadan istifadə edə bilər. İşsiz vətəndaşlar, 18 yaşadək və  əyani təhsil alan 23 yaşadək şəxslər, təqaüdçülər, kənd təsərrüfatı ilə məşğul  olan fermerlər, sosial müavinət alan insanlar heç bir ödəniş etmədən icbari tibbi sığorta çərçivəsində xidmət alacaqlar”.

Şöbə müdiri bildirib ki, icbari tibbi sığorta sosial layihədir: “İşləyən insanların əməkhaqlarından tutulan xidmət haqqı il bitəndə gələn ilin büdcəsinə keçəcək. Bu da imkan verəcək ki, həmin büdcə hesabına kadr potensialını, xəstəxanaların maddi-texniki bazasını yaxşılaşdıraq. Yanvarın 1-dən bütün təminat agentliyin üzərindədir. Aprelin 1-dən isə icbari tibbi sığorta haqqı tutulacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Nəsimiyə Azərbaycan pasportu verək” –

Sonrakı məqalə

ReAl Cümhuriyyətçilər İttifaqı yaradıldı –