ReAl Cümhuriyyətçilər İttifaqı yaradıldı –FOTO

ReAL Partiyası növbədənkənar parlament seçkilərinə koalisiya şəklində gedəcək.
Bu barədə Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri İlqar Məmmədov bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu məqsədlə ReAl Cümhuriyyətçilər İttifaqı yaradılıb: “Blokda ReAl Partiyasının üzvləri və müstəqil namizədlər təmsil olunacaq. Parlamentə seçildikləri təqdirdə isə eyni adlı blok şəklində fəaliyyət göstərəcəklər”.
İ.Məmmədov “Başqa partiyalar ReAl Cümhuriyyətçilər İttifaqına qoşacaqmı” sualına cavabında deyib ki, onların mövqelərini dəstəkləyən qurumlar, təşkilatlar qoşulmaq istəsə, bu məsələyə baxılacaq və müvafiq qərar qəbul ediləcək.
Parlament hakim Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə buraxılıb. Növbədənkənar seçkilər fevralın 9-na təyin edilib.  Müsavat, REAL, Ümid partiyaları seçkilərdə iştirak etmək barədə qərar qəbul ediblər. AXCP və Demokratik Qüvvələrin Milli Şurası seçkini boykot etmək barədə qərar qəbul edib. (APA)
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İcbari tibbi sığorta üçün büdcədən 900 milyon manat köçürüləcək

Sonrakı məqalə

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib