İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyinə verilmiş tibb müəssisələrinə ən çox müraciət olunan xəstəliklər açıqlanıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin illik hesabatında qeyd edilib ki, xəstəliklər arasında əsas yeri hamiləlik, doğuş və zahılıq dövrü ilə bağlı müraciətlər tutub.
Doğuşun fizioloji proses olduğunu nəzərə alsaq, pilot ərazilərdə əhalinin əsas xəstəliklərini tənəffüs, həzm, qan dövranı və sidik-cinsiyyət sistemi xəstəlikləri təşkil edib. 2016-cı illə müqayisədə 2019-cu ildə tənəffüs sistemi xəstəliklərində 44%, həzm sistemi xəstəliklərində 31%, qan dövranı sistemi xəstəliklərində isə 65% artım müşahidə olunub.
Xəstəlik sinifləri |
2016 |
2017 |
2018 |
2019 |
Hamiləlik, doğuş və zahılıq dövrü |
5581 |
6484 |
6223 |
6326 |
Tənəffüs sistemi xəstəlikləri |
2839 |
4470 |
4238 |
4076 |
Həzm sisteminin xəstəlikləri |
2496 |
3671 |
3166 |
3263 |
Qan dövranı sistemi xəstəlikləri |
2140 |
2551 |
2860 |
3526 |
Sidik-cinsiyyət sisteminin xəstəlikləri |
1089 |
1480 |
1324 |
1362 |
Digər xəstəliklər |
4944 |
4099 |
3643 |
5335 |