Ən çox hansı xəstəliklərə görə tibbi sığortaya müraciət olunur? –Agentlik rəqəmləri açıqladı

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyinə verilmiş tibb müəssisələrinə ən çox müraciət olunan xəstəliklər açıqlanıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin illik hesabatında qeyd edilib ki, xəstəliklər arasında əsas yeri hamiləlik, doğuş və zahılıq dövrü ilə bağlı müraciətlər tutub.

Doğuşun fizioloji proses olduğunu nəzərə alsaq, pilot ərazilərdə əhalinin əsas xəstəliklərini tənəffüs, həzm, qan dövranı və sidik-cinsiyyət sistemi xəstəlikləri təşkil edib. 2016-cı illə müqayisədə 2019-cu ildə tənəffüs sistemi xəstəliklərində 44%, həzm sistemi xəstəliklərində 31%, qan dövranı sistemi xəstəliklərində isə 65% artım müşahidə olunub.

Xəstəlik sinifləri

2016

2017

2018

2019

Hamiləlik, doğuş və zahılıq dövrü

5581

6484

6223

6326

Tənəffüs sistemi xəstəlikləri

2839

4470

4238

4076

Həzm sisteminin xəstəlikləri

2496

3671

3166

3263

Qan dövranı sistemi xəstəlikləri

2140

2551

2860

3526

Sidik-cinsiyyət sisteminin xəstəlikləri

1089

1480

1324

1362

Digər xəstəliklər

4944

4099

3643

5335

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

AMEA koronavirusla bağlı onlayn konfrans keçirəcək

Sonrakı məqalə

Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı komissiya yaradılıb