İcma sədrindən həmsədrlərə giley:"Nəticəsiz danışıqlar cəmiyyəti narahat edir"

Bu gün Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüş keçirilib.

Trend-in məlumatına görə, görüşdə çıxış edən birlik sədri Tural Gəncəliyev bildirib ki, Azərbaycan cəmiyyəti danışıqlar prosesinin nəticəsiz qalmasından narahatdır: “Bizdən danışıqlar prosesinin nəticəsi barədə soruşurlar, ancaq mən onlara konkret cavab verə bilmirəm. Əlbəttə, biz sizin səylərinizi qiymətləndiririk, ancaq nəticəsiz danışıqlar cəmiyyəti narahat edir. Biz konkret nəticələr görmək istəyirik”.

Birlik sədrinin sözlərinə görə, Azərbaycan tərəfi məsələnin sülh yolu ilə həllini tapmasına, sülh şəraitində yaşamağa hazırdır:

“Lakin ermənilər buna hazır deyilər. Dağlıq Qarabağın erməni icması birgə sülh şəraitində yaşamaqdan imtina edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Kür çayında suyun səviyyəsi kəskin düşüb”

Sonrakı məqalə

Siyavuş Novruzovdan Prezidentə dəstək: